Taylandda təqaüdlə təhsil imkanı
Mart 18 , 2026 | 11:53 / Digər elanlar
Oxunma ( 190 )

Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tayland Təqaüdləri Proqramı elan olunub.

Proqram çərçivəsində Taylandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.

Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.

Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://shorturl.at/67YC0

Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizədlər müraciətlərini birbaşa müvafiq Tayland ali təhsil müəssisələrinə təqdim etməlidirlər.

eatda.edu.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.