Fotos
“Tarixçi: həyatı və yaradıcılıq yolu” mövzusunda görüş keçirilib
Apr 03 , 2026 | 02:02 / Görüşlər
Oxunma ( 143 )

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Elm Günü” münasibətilə təşkil olunan “Açıq qapı günləri” çərçivəsində növbəti tədbir baş tutub.

Görüş “Tarixçi: həyatı və yaradıcılıq yolu” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə gənc alim və mütəxəssislərlə görüşüb.

Görüş zamanı professor öz elmi fəaliyyəti, tarix sahəsində apardığı tədqiqatlar və əldə etdiyi təcrübə barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Tədbir AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun konfrans zalında keçirilib və gənc tədqiqatçılar üçün faydalı müzakirələrlə yadda qalıb.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.