Fotos
Tarix Muzeyində “Arxeo Klub”un növbəti elmi-maarifləndirici məşğələsi keçirilib
Apr 03 , 2026 | 02:50 / Mühüm hadisələr
Oxunma ( 147 )

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin IV kurs tələbələri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və muzeyin elmi işçiləri üçün növbəti elmi-maarifləndirici tədbir təşkil olunub.

Məşğələ çərçivəsində muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Həbibə Əliyevanın “Sulara qərq olmuş şəhərin arxeoloji möcüzələri” adlı elmi məruzəsi elektron slayd müşayiəti ilə iştirakçılara təqdim olunub.

Tələbələrə Xəzər dənizinin səviyyə dəyişmələri nəticəsində sahilboyu yaşayış məskənlərinin su altında qalmasının tarixi-coğrafi mənzərəyə təsiri geniş şəkildə izah edilib. Qeyd olunub ki, 1969-cu ildə muzeydə yaradılmış sualtı arxeoloji tədqiqat qrupu tərəfindən Xəzərin Azərbaycan sektorunda aparılan araşdırmalar zamanı su altında qalmış I və II Bəndovan şəhərgahlarından zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub. Bu artefaktlar üzərindəki epiqrafik yazılar, ərəb və farsdilli kitabələr, həmçinin keramika nümunələri elmi baxımdan təhlil edilərək, onların tarixi-mədəni əhəmiyyəti əsaslandırılıb.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Sonda bildirilib ki, “Arxeo Klub” çərçivəsində gələcəkdə də nadir artefaktlara həsr olunan silsilə elmi təqdimatların təşkili planlaşdırılır. 

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.