Fotos
Dilçilik İnstitutunun doktorantı Beynəlxalq konfransda iştirak etmişdir
Mart 31 , 2026 | 10:43 / Digər elanlar
Oxunma ( 88 )

Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Fatimə Fətullayeva “SADIQ BƏY AĞABƏYZADƏ – XX ƏSR ŞƏRQŞÜNASLIQ ELMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ KİMİ” mövzusunda, Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, eyni zamanda Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etmişdir. 

Konfrans çərçivəsində “Türk xalqlarının ortaq elmi irsinin formalaşması və sistemləşdirilməsində I Ümumittifaq Türkoloji Qurultayın rolu” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.