Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Ustad dərsi” keçiriləcək.
Apr 17 , 2026 | 01:30 / Digər elanlar
Oxunma ( 47 )
“Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusuna həsr olunmuş dərs 20 aprel 2026-cı il tarixində saat 15:00-da baş tutacaq.
Ustad dərsini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edəcək.
Tədbir Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin binasında, III mərtəbədə yerləşən Böyük akt zalında keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.