Apr 29 , 2026 | 10:36 / Digər elanlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 19 sentyabr 2018-ci il tarixli, 497 nömrəli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq yaradılmış “Enterprise Azerbaijan” portalı çərçivəsində həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” proqramı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında infosessiyanın keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, infosessiyanın əsas məqsədi Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən gənc tədqiqatçıların, innovativ ideya müəlliflərinin və startap təşəbbüslərinin sözügedən proqram barədə ətraflı məlumatlandırılması, onların proqramda fəal iştirakının təşviq edilməsidir.
Tədbir çərçivəsində “Startup School 4” proqramının imkanları, iştirak qaydaları, beynəlxalq mentorluq və investisiya hazırlığı mərhələləri, eləcə də proqramın yekun mərhələsi olan “Demo Day” haqqında ətraflı təqdimat həyata keçiriləcəkdir.
Infosessiya 30 aprel 2026-cı il Saat: 11:00 tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) keçiriləcəkdir:
Infosessiyaya təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri və innovasiya və startap fəaliyyətinə maraq göstərən fəal gənc tədqiqatçılar dəvət edilir.


















