Fotos
Nəsimi adına Dilçilik İnstitutunun gənc tədqiqatçıları beynəlxalq konfransda iştirak edib
Apr 30 , 2026 | 09:48 / Mühüm hadisələr
Oxunma ( 338 )

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarından Qədim dillər və mədəniyyətlər şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. dos. Aysel Əhmədova, böyük elmi işçisi Rəxşanə Babazadə, elmi işçisi Böyükxanım Əsgərova, Azərbaycan dilinin dialektologiyası şöbəsinin böyük elmi işçisi Aynur Saydova, Müasir Azərbaycan dili şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Fatimə Fətullayeva Türkiyənin Kafkas Üniversitesi və Xəzər Universitetinin birgə təşkil etdiyi 29 aprel 2026-cı ildə Bakıda keçirilən “I. ULUSLARARASI TÜRK DÜNYASINDA KÜLTÜR VE DEĞERLERİN İZLERİ" Simpoziumunda iştirak etmişlər.

Simpozium çərçivəsində fil.ü.f.d. dos. Aysel Əhmədova "Tibet dilindən tərcümə olunmuş qədim uyğur abidələrində sanskrit sözləri", Rəxşanə Babazadə "Mustafa Zəririn "Yüz hədis və yüz hekayə" əsərində didaktik üslub", Aynur Saydova "Kodeks Kumanikus" əsərində "Tanrı sevgisi" mətninin linqvotekstoloji təhlili", Böyükxanım Əsgərova "Tövratın "Yaradılış" kitabındakı müqəddəs adlar türk dillərində", Fatimə Fətullayeva ""Yeni Yol" qəzetində dərc olunan əlifba mövzulu məruzələrin təhlili(Jirkov Lev İvanoviç, Məmmədzadə, Alimcan Şərəf)" mövzularında məruzələrlə çıxış etmiş və sertifikatla təltif olunmuşlardır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.