Fotos
Ədəbiyyat İnstitutunda “Türkman tələbələri ilə görüş”
May 13 , 2026 | 05:46 / Görüşlər
Oxunma ( 36 )

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Türkman tələbələri ilə görüş” keçirilib.

Tədbir Körpü Türkman İrsi Araşdırmaları Mərkəzi, AMEA Gənclər Akademiyası, AMEA Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. “Mədəniyyət birliyimiz gələcəyimizdir” şüarı ilə keçrilən görüşdə elm, ədəbiyyat və mədəniyyətin birləşdirici gücü xüsusi qabardılıb.

Tədbiri giriş nitqi ilə İnstitutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli açıb. Türkman ədəbiyyatı ilə bağlı akademiyada görülən işlərdən və əməkdaşlıqdan danışıb. Sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev İraqa səfərindən və müasir dövrdə türkmənlərlə olan elmi-ədəbi əlaqələrdən söz açıb.

Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxışında türkmanlarla bağlı nazirlik səviyyəsində görülən işlər haqqında məlumat verib. Yeni təkliflərə açıq olduqlarını diqqətə çatdırıb. AMEA Gənclər Akademiyasının sədri Elmir Babayev əməkdaşlığın praktik tərəflərindən danışıb. Azərbaycanda təhsil alan türkman tələbələrin elmi konfranslarda çıxışları və jurnallarda məqalələrinin çap olunması üçün lazimi dəstəyin veriləcəyini bildirib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, dosent Səkinə Qaybaleyeva da çıxış ediblər. Görüşdə BDU-nun müxtəlif fakultələrində təhsil alan türkman tələbələr çıxış edərək Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını ifadə ediblər.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.