Fotos
Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini beynəlxalq elmi konfransda iştirak etmişdir
May 15 , 2026 | 10:18 / Mühüm hadisələr
Oxunma ( 14 )

Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Fatimə Fətullayeva 14 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında iştirak etmişdir.

ADPU, TÜRKSOY, Yunus Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçılar konfransda iştirak etmişlər.

Konfrans çərçivəsində o, “Türkoloji Qurultayda Hənəfi Zeynallının terminologiya ilə bağlı görüşləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəsində Hənəfi Zeynallının terminologiya ilə bağlı fikirləri, milli elmi terminologiyanın formalaşmasına münasibəti və Türkoloji Qurultaydakı baxışları haqqında danışmışdır.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.