Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər
İyn 01 , 2026 | 12:00 / Görüşlər
Oxunma ( 22 )

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun bir qrup əməkdaşı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər. Tədbir institut rəhbərliyinin dəstəyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərmək, onların bayram sevincini bölüşmək, uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtmək, eyni zamanda, cəmiyyətdə sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfə vermək olub.

Ziyarət çərçivəsində Kimya İnstitutunun əməkdaşlarının dəstəyi ilə təşkil olunan ianə kampaniyası nəticəsində müxtəlif hədiyyələr və zəruri ləvazimatlar əldə edilərək sığınacaqda yaşayan uşaqlara təqdim edilib. Eyni zamanda, institut əməkdaşları gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikdə əyləniblər. Sığınacağı ziyarət edənlər uşaqlarla səmimi ünsiyyət qurub, onların gündəlik həyatı, maraq dairələri və gələcək arzuları ilə yaxından maraqlanıblar. Görüş zamanı uşaqların sevinc və təbəssümü tədbirin ən yaddaqalan məqamlarından biri olub. Bu tədbirlər gənc nəslin sağlam, təhlükəsiz və qayğıkeş mühitdə formalaşmasına, həmçinin cəmiyyətdə həmrəylik və sosial məsuliyyət dəyərlərinin möhkəmlənməsinə xidmət edir.

Uşaqların hüquqlarının qorunması, onların xoşbəxt, sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi hər bir cəmiyyət üzvünün ortaq məsuliyyətidir. Belə görüşlər göstərir ki, kiçik bir diqqət və qayğı uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.