Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib
İyn 04 , 2026 | 12:05 /
Oxunma ( 10 )

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Dövlət İmtahan Mərkəzinin (DİM) saytı vasitəsilə iyunun 11-14-də aparılacaq.

İmtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 16-da keçiriləcək. Doktoranturaya qəbul olmaq istəyən namizəd və doktoranturada oxuyan iddiaçıların danışıq bloku imtahanı iyunun 17-19-da təşkil olunacaq. Danışıq bloku üzrə qiymətləndirilmə şifahi formada kompüter proqramı vasitəsilə aparılır.

İyunun 25-də isə imtahanın dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları keçiriləcək.

Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

AzərTac

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.