İyn 01 , 2026 | 12:00 /
İyunun 1-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların ixtisas imtahanı keçirilib. İmtahanda institutun Elmi şurasının qərarı əsasında yaradılmış komissiyanın sədri, elmi müəssisənin direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.
İmtahanlar Azərbaycan dili, dil nəzəriyyəsi, türk dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə keçirilib. İmtahanda 7 iddiaçı iştirak edib.


















