Fotos
Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir
İyn 16 , 2026 | 06:14 / Mühüm hadisələr
Oxunma ( 15 )

“AZCON Holding” şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Bakıda keçirilən Gənclərin Süni İntellekt Forumunun tərəfdaşı olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində baş tutub. Forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin dərinləşdirilməsinə, texnologiyanın yaratdığı imkanların dərk edilməsinə və yeni nəslin dəyişən əmək bazarına hazırlanmasına xidmət etmək olub.

Milli Süni İntellekt Mərkəzinin foruma tərəfdaşlığı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” prioriteti ilə uzlaşır. Bu istiqamət kadr potensialının gücləndirilməsi ilə yanaşı, ictimaiyyətin, xüsusilə gənclərin məsuliyyətli və etik süni intellekt barədə məlumatlılığının artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, MSİM bu sahədə gənclərə yönəlmiş təşəbbüsləri dəstəkləməyə və tərəfdaşlıqlarını genişləndirməyə davam edəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.