May 15 , 2026 | 04:00 / Mühüm hadisələr
Azərbaycan Dövlət Pedaqoji Universitetində “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. ADPU-nun Filologiya fakültəsi, TÜRKSOY, Yunus Əmrə İnstitutu və Daşkənd Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Estoniya və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər.
Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “XV əsr oğuz yazılı abidələrində semantik arxaizmlər və onların tarixi təkamülü” mövzusunda məruzə edib. Məruzədə orta əsr oğuz yazılı abidələrinin leksik-semantik xüsusiyyətləri, semantik arxaizmlərin tarixi inkişaf mərhələləri, həmçinin bəzi leksik vahidlərin müxtəlif tarixi dövrlərdə keçdiyi semantik dəyişmə prosesi müqayisəli-tarixi metod əsasında təhlil olunub. Çıxış zamanı semantik dəyişmələrin yalnız dil daxili proseslərlə deyil, sosial-mədəni və tarixi amillərlə də sıx bağlı olduğu vurğulanıb.




17821069371782120250.jpg)













