Fotos
Nəsimi adına Dilçilik İnstitutunun doktorantı seminarda məruzə ilə çıxış edib
İyn 22 , 2026 | 09:09 / Mühüm hadisələr
Oxunma ( 31 )

16 iyun 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə “Dövlət dilinin elmi şəkildə zənginləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda AMEA Nəsimi adına Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, kiçik elmi işçi, doktorant Fatimə Fətullayeva “Dövlət dilinin qorunmasında və inkişafında gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə dövlət dilinin qorunması və zənginləşdirilməsi prosesində gənclərin üzərinə düşən vəzifələrdən, ana dilinin düzgün istifadəsinin əhəmiyyətindən, eləcə də rəqəmsal mühitdə Azərbaycan dilinin inkişafı istiqamətində gənclərin məsuliyyətindən bəhs olunub. Qeyd edilib ki, dövlət dilinin gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsi gənclərin dilə həssas münasibətindən və fəal mövqeyindən asılıdır.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət dilindən düzgün istifadənin vacibliyini vurğulayıb.

Tədbirin sonunda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev tərəfindən Fəxri fərmanla təltif olunub. Bu təltif Dilçilik İnstitutu ilə FHN Akademiyası arasında elmi əməkdaşlığın inkişafına və dövlət dilinin təbliği istiqamətində görülən işlərə verilən yüksək qiymətin göstəricisi olub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.