Fotos
Dilçilik İnstitutunun doktorantı elmi sessiyada məruzə ilə çıxış edib
İyn 22 , 2026 | 12:32 / Mühüm hadisələr
Oxunma ( 25 )

İyunun 12-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, kiçik elmi işçi, doktorant Fatimə Fətullayeva “Səməd Vurğun poeziyasında xalq dili elementləri və onların funksiyası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Səməd Vurğun yaradıcılığında xalq dili elementlərinin işlənmə xüsusiyyətləri, onların milli koloritin formalaşmasında, poetik ifadə imkanlarının zənginləşdirilməsində və Azərbaycan ədəbi dilinin inkişafındakı rolu araşdırılıb.

Elmi sessiyada Səməd Vurğunun zəngin ədəbi irsi, dil və üslub xüsusiyyətləri, eləcə də Azərbaycan ədəbi dilinin inkişafına verdiyi töhfələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

AMEA Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri də tədbirdə fəal iştirak ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.