Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın ideyaları XXI əsrdə yeni mərhələyə qədəm qoyur
İyn 29 , 2026 | 06:23 /
Oxunma ( 28 )

Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək qiymətin göstəricisidir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.

Akademik bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında Sərəncamı həm 1926-cı ildə Bakıda təşkil olunan tarixi qurultayın iştirakçılarının xidmətlərinə verilən yüksək dövlət qiymətidir, həm də müasir türkologiyanın inkişafına göstərilən diqqətin bariz ifadəsidir.

İ.Həbibbəyli vurğulayıb ki, sovet dövründə türk xalqlarını ortaq dil, əlifba və mədəni dəyərlərdən uzaqlaşdırmağa yönəlmiş siyasət yürüdülsə də, bu gün Birinci Türkoloji Qurultayın ideyaları yeni mərhələdə yenidən həyata keçirilir.

“Bu ideyaların XXI əsrin reallıqlarına uyğun şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə rəqəmsal türkologiya, ortaq elmi layihələr və vahid tədqiqat platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

AzərTac

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.