Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransının materialları nəşr olunub
İyn 30 , 2026 | 06:49 / Elmi nəşrlər
Oxunma ( 20 )
AMEA Gənclər Akademiyası və Həmkarlar İttifaqının birgə təşkilatçılığı və AMEA Rəyasət Heyəti aparatının dəstəyi ilə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransının materialları nəşr olunub.

Nəşrdə konfrans çərçivəsində təqdim edilmiş məruzələr yer alıb. Məqalələrdə Azərbaycan türkologiya elminin formalaşması və inkişaf mərhələləri, Birinci Türkoloji Qurultayın elmi-mədəni əhəmiyyəti, görkəmli türkoloq alimlərin elmi irsi, eləcə də müasir türkologiyanın aktual problemləri və perspektiv istiqamətləri geniş şəkildə işıqlandırılıb.

Materiallar toplusunun Türk Dünyası Həftəsində işıq üzü görməsi nəşrə xüsusi məna və simvolik dəyər qazandırır. Toplu Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin təbliği, Azərbaycan türkologiya məktəbinin inkişaf ənənələrinin yaşadılması və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bu nəşr Gənclər Akademiyasının milli elmi irsin qorunması və təbliği, elmi varisliyin möhkəmləndirilməsi, eləcə də Azərbaycan elminin gələcək inkişafına töhfə vermək istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti uğurlu nəticələrindən biridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.