Gənclər Akademiyasının daha bir üzvü “Birinci Türkoloji Qurultayın 100 İlliyi (1926-2026)” Xatirə Nişanı ilə təltif edilib
İyl 07 , 2026 | 05:35 /
Oxunma ( 16 )

AMEA Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Türk Dünyası Həftəsi” çərçivəsində təsis edilmiş “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926-2026)” xatirə nişanı ilə təltif edilib.

Xatirə nişanı türkologiya elminin inkişafına, türk dünyasının ortaq elmi-mədəni irsinin öyrənilməsi və təbliğinə töhfə verən alimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə təsis edilib.

Arzu İsgəndərzadə türkologiyaya dair monoqrafiyanın, onlarla elmi məqalənin və bir neçə kollektiv monoqrafiyanın həmmüəllifidir. O, müxtəlif respublika və beynəlxalq elmi konfranslarda, eləcə də elmi və ictimai tədbirlərdə məruzələrlə çıxış etmiş, elmi seminar və sessiyaların təşkilatçısı, konfransların isə təşkilatçılarından biri olmuşdur.

Qeyd edək ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkologiya elminin tarixində mühüm mərhələ olmaqla yanaşı, türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafında xüsusi rol oynayıb. Qurultayın 100 illiyi münasibətilə təsis edilən xatirə nişanı bu zəngin elmi irsin yaşadılmasına, türkologiya sahəsində elmi ənənələrin davam etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.