İyl 14 , 2026 | 02:58 /
AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin də yer aldığı Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı Cəsurlar” komandası Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Milli Tədqiqatların Dəstəklənməsi Proqramı” çərçivəsində həyata keçirilən “Milli Energetik Materialların İnkişafı Proqramı” üzrə I yerə layiq görülüb.
Qalib komandaya mükafatı Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev təqdim edib.
Qaliblərin mükafatlandırılması və proqramın 2025–2026-cı tədris ili üzrə yekunları Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda keçirilən “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günündə elan olunub.
Komandanın əldə etdiyi bu mühüm uğur elm, təhsil və sənaye əməkdaşlığının səmərəli nəticəsi olmaqla yanaşı, gənc alimlərin və tədqiqatçıların ölkənin strateji əhəmiyyət daşıyan istiqamətlərində elmi potensialının reallaşdırılması baxımından da əhəmiyyətli nailiyyətdir.
Tədbir çərçivəsində universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə universitet rəhbərlərinə təşəkkürnamə təqdim olunub, proqramı uğurla başa vuran iştirakçılar isə sertifikatlarla təltif ediliblər.
AMEA Gənclər Akademiyasının sədri Elmir Babayevin bu uğurlu komandada təmsil olunması Gənclər Akademiyasının ölkədə innovativ elmi-tədqiqatların, tətbiqyönümlü layihələrin və gənc alimlərin müdafiə sənayesi, yüksək texnologiyalar və strateji əhəmiyyətli elmi istiqamətlər üzrə fəaliyyətinin təşviqinə verdiyi töhfələrin daha bir nümunəsidir.
AMEA Gənclər Akademiyası “Qırmızı Cəsurlar” komandasını əldə etdiyi möhtəşəm nailiyyət münasibətilə təbrik edir, komanda üzvlərinə gələcək elmi fəaliyyətlərində yeni uğurlar arzulayır.






17821069371782120250.jpg)











