AMEA Gənclər Akademiyası Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir
İyl 22 , 2026 | 03:32 /
İyl 22 , 2026 | 03:32 /
Oxunma ( 32 )
22 iyul Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə ölkəmizdə bugün Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə AMEA Gənclər Akademiyası Azərbaycan mətbuatının inkişafında əməyi olan bütün jurnalistləri, media qurumlarının əməkdaşlarını və informasiya sahəsində çalışan mütəxəssisləri səmimi qəlbdən təbrik edir.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Ötən 151 il ərzində mətbuatımız cəmiyyətin maarifləndirilməsində, milli dəyərlərin qorunmasında, ictimai fikrin formalaşdırılmasında və ölkəmizin inkişafının işıqlandırılmasında mühüm rol oynamışdır.
Müasir dövrdə media elmi nailiyyətlərin, innovativ təşəbbüslərin və gənclərin uğurlarının geniş auditoriyaya çatdırılmasında əvəzsiz missiya yerinə yetirir. Elmlə cəmiyyət arasında körpü rolunu oynayan jurnalistlərin fəaliyyəti elmi biliklərin təbliğinə və gənclərin elmə marağının artırılmasına mühüm töhfə verir.
AMEA Gənclər Akademiyası ölkəmizin informasiya məkanının inkişafına xidmət edən bütün media nümayəndələrinə təşəkkürünü bildirir, onlara möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində nailiyyətlər arzulayır.

Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik!

17821069371782120250.jpg)