İyl 23 , 2026 | 12:43 /
AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Diplomu ilə təltif olunub.
Təltif Azərbaycan milli mətbuatının inkişafı, jurnalistika ənənələrinin qorunub saxlanılması, eləcə də ictimaiyyətin maarifləndirilməsi istiqamətində göstərilən fəaliyyətin qiymətləndirilməsi məqsədilə təqdim edilib.
Cəmil Quliyev elmi və ictimai fəaliyyətlə yanaşı, tariximizin, milli-mənəvi dəyərlərimizin və elmi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində fəal mövqe nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu tarix hər il ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur və mətbuatın inkişafına xidmət göstərən şəxslər müxtəlif mükafatlarla təltif edilirlər.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin kollektivi və AMEA Gənclər Akademiyası tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevi bu nüfuzlu mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər və gələcək işlərində uğurlar arzulayır.






17821069371782120250.jpg)











