Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi keçiriləcəkdir
Avg 07 , 2026 | 09:58 / Digər elanlar
Oxunma ( 31 )

Gənc alim və tədqiqatçıların nəzərinə!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı, AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə 2–7 sentyabr 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində yay düşərgəsi keçiriləcək.

“Kəndə gəl” şüarı ilə təşkil olunan düşərgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların və kənd ekoturizminin inkişafına həsr olunub.

Düşərgədə 35 yaşadək gənc alim və mütəxəssislər, doktorantlar və magistrantlar iştirak edə bilərlər.

Qeydiyyat üçün son tarix: 26 avqust 2026

Düşərgədə iştirak ödənişsizdir.

Qeydiyyat: https://forms.gle/95ysrSSDKj12m3nc8

#AZEyouth #GənclərDüşərgəsi #AMEA #birkimibirlikdə
#GənclərAkademiyası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.