Gənclər Akademiyası tələbə adını qazanan bütün abituriyentləri təbrik edir
Avg 25 , 2026 | 01:12 /
Oxunma ( 12 )

Təbrik edirik!

Bu il ölkəmizin ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan bütün abituriyentləri AMEA Gənclər Akademiyası adından səmimi-qəlbdən təbrik edirik!
Bu uğur sizin əzminizin, zəhmətinizin və məqsədyönlü fəaliyyətinizin nəticəsidir. Qarşıda sizi yeni biliklər, maraqlı imkanlar və böyük uğurlarla dolu tələbəlik illəri gözləyir.
İnanırıq ki, hər biriniz seçdiyiniz ixtisas üzrə uğur qazanacaq, elmə və cəmiyyətə dəyərli töhfələr verəcəksiniz.
Hər birinizə tələbəlik həyatınızda uğurlar, bol nailiyyətlər və parlaq gələcək arzulayırıq!

Tələbə adınız mübarək! 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.