Foto
RSXM əməkdaşları Özbəkistanda Gənc Seysmoloqların məktəbində iştirak ediblər
Avg 31 , 2026 | 03:26 /
Oxunma ( 26 )

24-28 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının təşkilatçılığı ilə Gənc Seysmoloqların məktəbi çərçivəsində konfrans keçirilib.

Konfransda Azərbaycanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova, "Zəlzələlərin tədqiqatı bürosu"nun kiçik elmi işçisi  Zümrüd İsmayılova,  "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə təmsil ediblər.

RSXM əməkdaşları konfransda “Abşeron yarımadasında mühəndisi-geoloji şəraitin seysmikliyə təsiri (Nizami və Xətai rayonları timsalında - İlhamə Cəlilova), “Azərbaycanın seysmikliyi və zəlzələlərin məkan-zaman üzrə paylanmasının xüsusiyyətləri” (Zümrüd İsmayılova), “Azərbaycanda geokimyəvi monitorinq nəticələri əsasında seysmik fəallıqla əlaqədar hidrogeokimyəvi anomaliyaların tədqiqi” (Simarə Məmmədzadə) mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçıları təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunublar.

Seismology.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.