AMEA-da 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub
Okt 02 , 2026 | 12:10 /
Oxunma ( 20 )

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2026-cı il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib.

Onun sözlərinə görə, təsdiq edilmiş qərarın icrası çərçivəsində doktoranturada tədqiqat aparacaq iddiaçılar üçün dissertasiya mövzuları və elmi rəhbərlərin müəyyənləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Prosesin I mərhələsində elmi müəssisələr tərəfindən mövzu və elmi rəhbərlər müəyyən olunaraq Elmi şuralarda müzakirə edildikdən sonra AMEA-nın müvafiq elmi bölmələrinə və yekunda Rəyasət Heyətinə təqdim olunacaq.

S.Xavəri doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində əsas meyarlar kimi mövzuların müvafiq elm sahəsinə və ixtisasa uyğunluğu, elmi problemlərin aktuallığının ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji tələbatları ilə şərtlənməsi, elmi problemlərin aktuallığının müvafiq elm sahələrinin ciddi nəzəri-metodoloji axtarışları və dünyanın müasir çağırışları ilə şərtlənməsi, fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, eləcə də humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin tövsiyə olunduğunu söyləyib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə müvafiq tapşırıqlarını verib və Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.