Fizika üzrə Nobel mükafatı laureatı məlum olub
Okt 06 , 2026 | 02:50 /
Oxunma ( 17 )

Fizika üzrə 2026-cı il Nobel mükafatı Antarktidadakı “IceCube Neytrino” rəsədxanasına verdiyi mühüm töhfəyə və astrofizika mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə belçikalı alim Frensis Halzenə verilib. Bu barədə İsveç Kral Elmlər Akademiyası bildirib.

Frensis Halzen Cənub qütbündəki buzun son dərəcə çətin hissəcikləri - neytrinoları aşkar etmək üçün istifadə edilə biləcəyini kəşf edən ilk alimlərdən biri olub. Onun elmi baxışı və uzun illər davam edən tədqiqat işi Antarktida buzunun dərinliyində yerləşən və təxminən bir kub kilometr həcmində olan nəhəng detektor - “IceCube Neytrino” rəsədxanasının yaradılmasının əsasını təşkil edib.

“IceCube” alimlərə kainatın uzaq bölgələrində son dərəcə yüksək enerjili proseslər nəticəsində yaranan neytrinoları aşkar etməyə imkan verir. Rəsədxananın tikintisi 2011-ci ildə başa çatıb. Tədqiqatçılar son dərəcə yüksək enerjili ilk neytrinoları tezliklə aşkar ediblər. Bir neçə il sonra Günəş sisteminin xaricindən gələn astrofizik mənşəli neytrinoların mövcudluğunu göstərən nəticələr təqdim olunub.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.