Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
Okt 07 , 2026 | 01:59 /
Oxunma ( 31 )

Oktyabrın 7-də Nobel Mükafatları Komitəsi kimya üzrə 2026-cı ilin Nobel mükafatı laureatının adını açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, kimya üzrə Nobel mükafatına "Asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə" Henri Kaqan (Fransa), Kenso Soai (Yaponiya) layiq görülüblər.  

Komitənin açıqlamasında qeyd olunur ki, Henri Kaqan kimyəvi reaksiyaları manipulyasiya etməyin yeni bir yolunu kəşf etdi və güzgü görüntülərindən birinin əvvəllər mümkün hesab ediləndən daha böyük bir hissəsinin yaradılmasına imkan verib. Onun kəşfi dərman, ətir, qoxu və yeni materialların istehsalı üçün reaksiyalar hazırlayan kimyaçılar üçün inqilabi oldu.

Kenso Soai, potensial güzgü görüntülərindən yalnız birinin əmələ gəldiyi ilk kimyəvi reaksiyanı hazırlayıb. Həyatın özündən başqa heç kim bu uğura nail ola bilməyıb. Soai reaksiyası indiyə qədər aparılan ən möhtəşəm kimyəvi təcrübələrdən biridir.

“Henri Kaqan və Kenso Soai bir əsrdən çox yaşı olan kimyəvi bir sirrə həll yolu təqdim etdilər: homoxirallığın necə kortəbii şəkildə ortaya çıxa biləcəyi. Onların inkişaf etdirdiyi kimyəvi reaksiyalar möhtəşəmdir”, - deyə Kimya üzrə Nobel Komitəsinin sədri Heiner Linke bildirib.

Oktyabrın 8-də Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli olacaq. Oktyabrın 9-da sülh, oktyabrın 12-də isə İqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. 

Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğinin hər mükafat kateqoriyası üçün artırılmasına qərar verib. Builki Nobel mükafatı laureatları hər bir sahə üzrə 12 milyon kron (1,21 milyon dollar) alacaqlar ki, bu da 2025-ci ildəki 11 milyon krondan çoxdur.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtında Alfred Nobelin vəfatı günündə keçiriləcək. 

muallim.edu.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.