Memarlıq və İncəsənət İnstitutunun gənc alimi Türkiyədə keçirilən Beynəlxalq elmi konfransda onlayn məruzə ilə çıxış etmişdir
Okt 19 , 2026 | 08:52 / Mühüm hadisələr
Oxunma ( 50 )

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin kiçik elmi işçisi,gənc alim Nigar Ramazanova   13 oktyabr 2026-cı il tarixində Türkiyənin İskəndərun şəhərində keçirilən “XX. Uluslararası Türk Sanatı, Tarihi ve Folkloru Kongresi / Sanat Etkinlikleri” adlı  Beynəlxalq elmi konfransda “Türk Mimarlık Sanatında Acemi Nahcivani” adlı məqalə  ilə onlayn formatda çıxış etmişdir.

Müəllifin məruzəsində  XII əsrdə Naxçıvan memarlıq məktəbinin formalaşması və inkişafında mühüm rol oynamış görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı tədqiq edilir. Araşdırmada memarın Azərbaycan memarlıq irsinin zənginləşdirilməsindəki xidmətləri, memarlıq kompozisiyalarında həndəsi qanunauyğunluqlara əsaslanan ornamentlərdən istifadə xüsusiyyətləri, eləcə də dekorativ-bədii həllərin özünəməxsus cəhətləri geniş şəkildə təhlil olunur. Tədqiqatda Əcəmi Naxçıvaninin yaradıcılığının yalnız Naxçıvanın memarlıq mühiti ilə məhdudlaşmadığı, eyni zamanda Şərq memarlıq ənənələrinin inkişafı kontekstində mühüm əhəmiyyət daşıdığı əsaslandırılır. Memarın yaradıcılığında konstruktiv həllərlə bədii tərtibatın vəhdəti, həndəsi naxışların memarlıq kompozisiyasına inteqrasiyası və memarlıq formalarının yüksək sənətkarlıqla işlənməsi onun üslubunun başlıca səciyyəvi xüsusiyyətləri kimi təhlil edilir.

Məqalənin beynəlxalq elmi konfransda təqdim olunması Azərbaycan memarlıq tarixinin görkəmli nümayəndələrindən biri olan Əcəmi Naxçıvaninin yaradıcılığının türk memarlıq sənəti kontekstində araşdırılması, milli memarlıq irsinin beynəlxalq elmi ictimaiyyətə tanıdılması və bu istiqamətdə elmi müzakirələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.