Foto
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
Okt 21 , 2026 | 09:23 / Digər elanlar
Oxunma ( 32 )

Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq, süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.

Qrant müsabiqəsində iştirak etmək istəyənlər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən https://anket.edu.az/user/385  elektron platforması vasitəsilə göndərməli, müraciətin qəbulu təsdiqləndikdən sonra isə sənədlərin çap olunmuş nüsxələrini 2 noyabr 2026-cı il tarixindən gec olmayaraq Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Müraciətlərin qəbulu ilə bağlı texniki çətinliklərlə qarşılaşmamaq üçün iddiaçılara sənədlərini son günlərə saxlamadan təqdim etmələri tövsiyə olunur. 

Müraciətin qəbul edildiyini təsdiqləyən elektron məktub 3 iş günü ərzində daxil olmadığı təqdirdə iddiaçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki,  qrant müsabiqəsinin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə elmi potensialı gücləndirmək və elmi-texniki tərəqqini sürətləndirmək, rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləmək, elmi nəticələrin praktik tətbiqini və kommersiyalaşdırılmasını təşviq etməkdir.

Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı

* İştirak ərizəsi forması
* Layihə təklifi forması
* CV forması

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.