Foto
AMEA Gənclər Akademiyası XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib
Okt 23 , 2026 | 03:06 /
Oxunma ( 75 )

AMEA Gənclər Akademiyası oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətə başlamış XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Qeyd edək ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur. Tədbirə ölkəmizin Xalq yazıçı və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər qatılıblar.

AMEA nüfuzlu kitab festivalında özünəməxsus pavilyonla təmsil olunur. Pavilyonda Akademiyanın alim və tədqiqatçılarının elmi və ədəbi əsərləri beynəlxalq ictimaiyyətə təqdim edilir və ziyarətçilərin böyük marağına səbəb olur.

Festival çərçivəsində AMEA-nın təşkilatçılığı ilə bir sıra kitab təqdimatlarının keçirilməsi də planlaşdırılır. Bu tədbirlər Akademiya alimlərinin elmi yaradıcılığının və tədqiqat nailiyyətlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.