Foto
Tarix və Etnologiya İnstitutunun gənci konfransda iştirak edib
Okt 27 , 2026 | 04:15 / Mühüm hadisələr
Oxunma ( 48 )

23.10.2026-cı il tarixində Bakı Biznes Universitetində “Müstəqil Azərbaycan” mövzusunda keçirilən konfransda AMEA Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsinin kiçik elmi işçisi Jalə Rəhimova “Müstəqillik dövründə Azərbaycan: Qarabağ münaqişəsindən Böyük Qayıdışa” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə müstəqilliyin bərpasından sonra ölkəmizin keçdiyi tarixi-siyasi proseslər, Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün bərpası və Böyük Qayıdış mərhələsindən bəhs etmişdir.

Çıxış zamanı qeyd olunub ki, bu gün Böyük Qayıdış artıq tarixi reallığa çevrilib. Bu reallıq şəhidlərin əziz xatirəsi, qazilərin qəhrəmanlığı və fədakarlığı, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin nəticəsidir.

Vurğulanıb ki, Böyük Qayıdış Azərbaycanın müstəqillik tarixinin yeni və qürurverici səhifəsi olmaqla yanaşı, milli birliyin, dövlət qüdrətinin və xalqın sarsılmaz iradəsinin təcəssümüdür.

Sonda tədbirin təşkilinə görə Yasamal Rayon Gənclər və İdman Sektoruna və Bakı Biznes Universitetinin rəhbərliyinə təşəkkür bildirilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.