Azərbaycan-Mərakeş Gənclər Mübadiləsi Proqramına qeydiyyat başladı
Okt 28 , 2026 | 03:11 / Digər elanlar
Oxunma ( 23 )

Yeni mədəniyyətlər kəşf etməyə, fərqli təcrübələr qazanmağa və beynəlxalq gənclər şəbəkəsinin bir hissəsi olmağa hazırsan?

Azərbaycan və Mərakeş gəncləri arasında dostluq əlaqələrinin inkişafına, gənclər sahəsində təcrübə mübadiləsinin təmin olunmasına, mədəni əlaqələrin və beynəlxalq əməkdaşlığın artırılmasına töhfə verməyi hədəfləyən gənclər mübadiləsi proqramı səni gözləyir!
Proqram çərçivəsində fərqli mədəniyyətləri yaxından tanımaq, yeni bilik və təcrübələr qazanmaq, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək fürsəti əldə edəcəksən.

Proqramın tarixi: 15–25 noyabr 2026-cı il

Son müraciət tarixi: 29 oktyabr 2026-cı il, saat 23:59

İngilis dili: Sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir

Fransız və ərəb dili: Biliklərin əlavə üstünlük hesab olunur

Ətraflı məlumat və qeydiyyat üçün: https://gencler.az/events/aze-morocco-exchange

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.