MEK gənci beynəlxalq elmi konqresdə iştirak edib
Okt 29 , 2026 | 12:54 / Mühüm hadisələr
Oxunma ( 45 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Cavid Məmmədli Türkiyənin Trabzon şəhərində keçirilən IX Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Konqresində iştirak edib. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə baş tutan konqres, qlobal nizamın transformasiyaya uğradığı və çoxqütblülüyün mahiyyətinin yenidən müəyyən edildiyi bir dövrdə, regional faktorların artan roluna və beynəlxalq münasibətlər üzrə ədəbiyyatdakı konseptual dəyişikliklərə həsr olunub.

Konqres çərçivəsində Cavid Məmmədlinin “Almaniyanın Suriya böhranında iştirakının hərbi, diplomatik və humanitar aspektləri (2011–2021)” mövzusunda çıxışı böyük maraqla qarşılanıb. Sonda MEK əməkdaşı sertifikatla təltif olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.