Noy 03 , 2026 | 11:37 / Mühüm hadisələr
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin kiçik elmi işçisi,gənc alim Nigar Ramazanova 30 oktyabr 2026-cı il tarixində “Avstriyanın Linz şəhərində keçirilən “Bilimsel Diplomasi: Avusturya-Balkanlar-Anadolu-Kafkaslar-Türkistan 6. Uluslararası Sanat, Kültür, Folklor, Coğrafya ve Tarih Kongresi / Sanat Etkinlikleri” Beynəlxalq elmi konfransda Batılı Mimarların Azerbaycan ve Türk Mimarisi Üzerinde Etkisi adlı məqalə ilə onlayn formatda çıxış etmişdir.
Müəllifin məruzəsində Məqalədə Azərbaycan memarlıq irsinin formalaşması və zənginləşməsində alman memarlığının rolu araşdırılır. XIX əsrdə Almaniyanın Vürtemberq bölgəsindən köç edən almanların Azərbaycanın qərb bölgələrində məskunlaşması və sonralar neft sənayesinin inkişafı ilə əlaqədar alman memarlarının Bakıya dəvət olunması Azərbaycan memarlığında mühüm iz qoymuşdur.
Siemens qardaşlarının Gədəbəydə həyata keçirdikləri sənaye və yaşayış tikililəri, körpülərinin memarlıq və mühəndislik xüsusiyyətləri təhlil edilir. Göygöldə (Helenendorf) formalaşan alman yaşayış məskənlərinin planlaşdırma prinsipləri və onların yerli memarlığa təsiri də göstərilir.


















