Foto
Dilçilik İnstitutunun əməkdaşı beynəlxalq və respublika elmi konfranslarında elmi məruzələrlə çıxış edib
Noy 05 , 2026 | 08:40 / Mühüm hadisələr
Oxunma ( 66 )

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Aynur Saydova 2026-cı ilin oktyabr ayında keçirilən iki elmi tədbirdə onlayn formatda iştirak edərək türkoloji tədqiqatların aktual məsələlərinə dair elmi məruzələrlə çıxış etmişdir.

Belə ki, 17–18 oktyabr 2026-cı il tarixlərində keçirilən “II Uluslararası Türkbilim Öğrencileri Kurultayı”nda iştirak edən Aynur Saydova “Kodeks Kumanikus”da devrik cümleler” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə orta əsrlər türk yazılı abidəsi olan “Kodeks Kumanikus”un dil xüsusiyyətləri kontekstində cümlədə söz sırası, inversiya məsələlərinə diqqət yetirilmişdir.

Elmi tədbirdəki iştirakına və təqdim etdiyi məruzəyə görə Aynur Saydovaya iştirakçı sertifikatı təqdim olunmuş, kurultayın təşkilati işlərində göstərdiyi fəallığa görə isə təşəkkürnamə ilə təltif edilmişdir.

O, həmçinin 30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində keçirilən “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı – NASCO 29” konfransında da onlayn formatda iştirak etmişdir. Konfrans çərçivəsində o, “Kodeks-Kumanikus” abidəsi əsasında latın paleoqrafiyasının türkologiya üçün əhəmiyyəti mövzusunda elmi məruzə təqdim etmişdir.

Məruzədə yazılı türk dili abidələrinin tədqiqində latın qrafikalı mənbələrin paleoqrafik baxımdan araşdırılmasının əhəmiyyəti və bu yanaşmanın türkoloji tədqiqatların inkişafına verə biləcəyi töhfələr diqqətə çatdırılmışdır.

Qeyd edək ki, hər iki elmi tədbirdə təqdim olunan mövzular “Kodeks Kumanikus” abidəsinin dil və yazı xüsusiyyətlərinin müxtəlif elmi yanaşmalar əsasında öyrənilməsinə yönəlmişdir. Bu iştirak əməkdaşın türkoloji araşdırmalar sahəsində elmi fəaliyyətinin genişləndirilməsi, tədqiqat nəticələrinin akademik mühitdə təqdim olunması və elmi əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.