Foto
Gənclər Akademiyasının üzvləri “Tariximizi bilmək milli düşüncəmizin bir hissəsidir” adlı kitabın təqdimatında iştirak edib
Noy 19 , 2026 | 04:59 / Görüşlər
Oxunma ( 15 )

Diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə nəşr edilən “Tariximizi bilmək milli düşüncəmizin bir hissəsidir” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək kitabın əhəmiyyətindən, tarixi biliklərin gənc nəslin milli düşüncəsinin formalaşmasında rolundan bəhs ediblər.

Gənclərlə interaktiv fikir mübadiləsi şəraitində davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Sual-cavab sessiyasında AMEA Rəyasət Heyətinin Elmin Populyarlaşdırılması şöbəsinin baş mütəxəssisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədov və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə də çıxış edərək öz suallarını ünvanlayıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.