AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc alim və mütəxəssislər şurası müsabiqə elan edir
Apr 15 , 2014 | 11:37 /
Oxunma ( 3954 )

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc alim və mütəxəssislər şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə institutda çalışan gənc (yaşı 40 qədər olan) doktorant, dissertant və magistrlər arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi elan edib.

Məruzə onların həm elmi-tədqiqat mövzularına, həm də çalışdıqları laboratoriyanın illik fəaliyyət planına daxil olan aktual problemlərə həsr edilə bilər. Tezis, məqalə və təqdimat institutun Müsabiqə üzrə Ekspertlər Şurası tərəfindən qiymətləndiriləcək, müvafiq olaraq I, II, III yerlərin qaliblərinə diplom və pul mükafatı veriləcək.

Məqalələr AMEA Gənc alim və mütəxəssislər şurasının təsis etdiyi jurnalda dərc ediləcək.

Müsabiqəyə qatılmaq istəyən doktorant, dissertant və magistrlər məqalə və təqdimatlarının elektron formasını 10 may 2014-cü il tarixinə qədər institutun Gənc alim və mütəxəssislər şurasına təqdim edə bilərlər.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.