AMEA Gənc alim və mütəxəssislər şurasının sədri Rusiyaya səfər edəcək
Apr 22 , 2014 | 11:45 /
Oxunma ( 2889 )

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və Şuranın sədr müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Famil SeyfullayevRusiyaya səfər edəcəklər. Məqsəd aprelin 24-də “Davamlı inkişaf şəraitində təhsilin orientasiyası üçün müasir gəncliyin rolu” mövzusunda elmi-praktiki konfransda iştirak etməkdir.

2 gün davam edəcək tədbirdə Şuranın elmi-ictimai fəaliyyəti və perspektivləri, beynəlxalq əlaqələrin qurulması, birgə tədbirlərin təşkili və s. məsələlər müzakirə ediləcək.

science.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.