Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı təsdiq olundu
Mart 12 , 2015 | 05:08 / Mühüm hadisələr
Oxunma ( 4085 )

Bu barədə AMEA Rəyasət Heyətinin iclasında məruzə edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirdi ki, ölkədə davamlı olaraq həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyi, xüsusən də onun avanqard hissəsi olan kreativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Dövlətin gənclər siyasəti ilə bağlı çağırışlarının ruhuna uyğun olaraq, AMEA-da da gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi ilə ölkənin ictimai, sosial və mədəni həyatında intellektual gəncliyin çəkisinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq bu il yanvarın 30-da Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki konfransı keçirilmiş və şuranın 2014-cü il üzrə hesabatı qəbul olunmuşdur. Həmçinin hesabat-seçki konfransında Gənc Alim və Mütəxəssislər şurasına 2015-ci il üzrə fəaliyyət planını hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim etmələri tapşırılmışdır.

R.Əliquliyev qeyd etdi ki, ötən müddət ərzində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası üzvlərindən ibarət işçi qrup illik fəaliyyət planını hazırlamış, AMEA Rəyasət Heyətinə təqdim etmişdir.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı təsdiq olundu. AMEA-nın elmi müəssisə və təşkilatlarının Gənc alim və mütəxəssislər şuralarına tapşırıldı ki, özlərinin illik fəaliyyət planlarını hazırlayıb şuraya təqdim etsinlər. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edildi.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.