AMEA regionlarda elmin kütləvi təbliğini davam etdirir
May 02 , 2014 | 09:05 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3266 )

2 may 2014-cü il tarixdə saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birgə Xaçmaz rayonu Susay kənd tam orta məktəbində məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirəcək.

Gənc alimlər elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədi ilə təşkil olunan tədbirdə fizika, kimya və biologiya fənlərinə dair əyləncəli təqdimatlar nümayiş etdirəcəklər.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi və Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyəti tərəfindən AMEA-nın Fizika,Radiasiya ProblemləriKataliz və Qeyri-Üzvi Kimya institutları, həmçinin Mərkəzi Nəbatət Bağında təcrübələrə sınaq baxışı keçirilmişdir. science.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.