Fotos
“Əyləncəli elm” Xaçmazda
May 05 , 2014 | 09:19 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2887 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində Xaçmazda məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirildi. Şagirdlər üçün fizika, kimya və biologiyaya dair maraqlı təcrübələr nümayiş etdirildi. Susay kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova təhsilin inkişafına dövlət qayğısından danışdı. Bildirdi ki, Xaçmazda 25 min 375 nəfər şagird təhsil alır. Onlar hər il¬ fənn olimpiadaları və digər növ yarışlarda iştirak edirlər. Regionlarda təhsilin, intellektual gəncliyin inkişafı üzrə proqram və layihələr rayonda uğurla icra olunur.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriSəid Hüseynov sözlərinə görə, akademiya regionlarda məktəblilər arasında elmin kütləvi təbliğini həyata keçirir. Məqsəd ölkədə gənc nəslin elmə marağının artırılmasıdır. Bununla əlaqədar, alimlərin ilk görüşü Şamaxıda təşkil olunmuşdur. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək akademiya haqqında, o cümlədən strukturu və görkəmli alimləri barədə məktəblilərə qısaca məlumat verdi. O, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışaraq, yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyin vacibliyini vurğuladı. Bildirdi ki, elmin populyarlaşdırılması, o cümlədən orta məktəblərdə təbliği akademiyanın kadr siyasətinin tərkib hissəsidir. Qeyd etdi ki, gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.