AMEA Gənc alim və mütəxəssislər şurası gənclərlə növbəti maarifləndirici görüşünü keçirib
İyn 03 , 2014 | 10:34 / Görüşlər
Oxunma ( 2757 )

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və AMEA Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə tələbələrlə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkədə həyata keçiriən elm, təhsil strategiyalarından, gənclərin elmi müstəvidə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət proqramından danışıb. O, rəhbərlik etdiyi qurumun Gənc alim və mütəxəssislər şurası ilə əmakdaşlığa maraqlı olduğunu vurğulayıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov 4 aydır fəaliyyət göstərən Şuranın həyata keçirdiyi layihələrdən, əsas fəaliyyət istiqamətlərindən söz açıb. Elmlə təhsilin vəhdəti, gənclərin ali məktəblərdən elm mərkəzlərinə istiqamətlənməsi, elmin populyarlığının artırılması istiqamətində görülən işlərdən danışan F.Salmanov gəncləri Şuranın elan etdiyi “Açıq qapı” layihəsində fəal olmağa səsləyib: “AMEA akademik Akif Əlizadəninrəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. AMEA-da aparılan islahatların əsas hədəfi gənclərin cəmiyyətdə, ictimai-siyasi həyatda rolunun artırılmasıdır”.

AMEA Gənc alim və mütəxəssislər şurasının sədr müavini, fil.ü.f.d. Eşqanə Babayeva, k.ü.f.d. Əfsun Sucayev, k.t.ü.f.d. İzzət Talıbov, k.ü.f.d. Faiq Məmmədov tələbə və magistrlərin suallarını cavablandırıb, təklif və tövsiyələrini irəli sürüblər.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.