Lənkəranda “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirilib
May 30 , 2014 | 10:45 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2852 )

 AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Lənkəranda məktəblilər arasında 28 May-Respublika gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirib.

Öncə Lənkəranda Heydər Əliyev Mərkəzini ziyarət edən institutun gənc alimləri ümummilli liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli orta məktəbdə təşkil olunmuş tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Xalıqov açıb.

Sonra institutun GAMŞ-nin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun əsas fəaliyyət istiqamətləri və görkəmli alimləri haqqında məktəblilərə məlumat verib. Yarışda Lənkəranın 5 təhsil ocağı - 4, 7, 10 nömrəli, Şürük və Xolmili kənd tam orta məktəblərinin şagirdləri bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışmada yüksək səviyyəli oyun nümayiş etdirən şəhərin 10 nömrəli, Xolm ili və Şürük kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Sonda yarış iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.