Futbol həyəcanı başlayır!!!
Apr 06 , 2015 | 12:13 / İdman yarışları
Oxunma ( 4409 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin II İnstitutlararası futbol çempionatı”na start verir. Çempionata qatılmaq istəyən komandalar 12 aprel 2015-ci il tarixindək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirakla bağlı tələbər:

İnstitutlar yalnız fərdi qaydada (ayrı-ayrı institutlardan təşkil olunmuş komanda şəklində deyil) turnirdə iştirak edə bilər;

İştirakçı ərizəsində hər komandanın heyətində 10 futbolçu (oyun zamanı meydanda 6 futbolçu oynayır) təqdim etmək olar;

İştirakçı ərizəsində komandanı təmsil edən oyunçular haqqında məlumatlar olan (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, yaşı) sənəd İnstitutun və kadrlar şöbəsinin rəhbəri tərəfindən təsdiq (imza və möhürlə) olunmalıdır;

Çempionatda iştirak edəcək oyunçular üçün müəyyənləşdirilən son yaş həddi 40-dır;

Hər komandanın öz idman geyimi olmalıdır. İnstitut üzrə komandanın təşkili məsələsinə həmin təşkilatın Gənc Alim və Mütəxəssislər Şurası cavabdehlik daşıyır.

Yuxarıda qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

Əlaqə nömrəsi: 012 539 25 79

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.