Gənc Alim və Mütəxəssislər Şurası növbəti futbol çempionatının püşkatma mərasimin keçirdi
Apr 23 , 2015 | 11:59 / İdman yarışları
Oxunma ( 1340 )

22 aprel 2015-ci il tarixindəAMEA Gənc Alim və Mütəxəssislər Şurasında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin II İnstitutlararası futbol çempionatı”nn püşkatma mərasimi keçirildi. Çempionata qatılmaq istəyən komandaların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Şura sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov ümumi məlumat verdi. O bildirdi ki, bu dəfə 17 komanda 4 qrup üzrə oynayacaq. Yarışlara 27 aprel 2015-ci il tarixində saat 13:00-da start veriləcək. Oyunlar AFFA-nın Peşəkar Futbol Liqasının hakimləri tərəfindən idarə olunacaq. İlk start oyunu birinci çempionatın qalibi Geologiya və Geofizika İnstitutu ilə Kataliz və Qeyri üzvi kimya İnstitutunun komandalar arasında baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.