Fotos
Gənc Alim və Mütəxəssislər Şurası 270 saylı məktəbdə “Elmi-öyrədici” adlı növbəti təqdimatını keçirdi
Apr 27 , 2015 | 10:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3264 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbdə “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində növbəti tədbiri gerçəkləşdirib. Yuxarı sinif şagirdləri üçün təşkil olunan təqdimatın açılışında çıxış edən Şuranın İdarə Heyətinin üzvü, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov  təmsil olunduğu Birlik tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən baş tutan təqdimat haqqında iştirakçılara geniş məlumat verib. O, bu tədbirin Akademiyanın əsas prioritetinə çevrilmiş elm və təhsilin vəhdətinə nail olmaq məqsədinə xidmət etdiyini vurğulayıb. 

Növbəti nitq söyələyən, məktəbin direktoru Əli İsgəndərovrəhbərlik etdiyi qurumun tarixində ilk dəfə belə tədbirin keçirildiyini qeyd edib. O əlavə edib ki, belə tədbirlərin gənc alimlərin təqdimatında keçirilməsi məktəblilər üçün yeni stimul yaradır və onların gələcək fəaliyyətlərində elmə üstünlük vermələrini təmin edəcək. “Məktəbdə fəaliyyət göstərən “Şagird Elmi Cəmiyyət”in gələcəkdə Şura ilə əməkdaşlığının genişləndirilməsi elm və təhsillə bağlı layihələrin həyata keçirilməsini daha da sürətləndirəcək”.

AMEA Fizika və Neft-kimya Prosesləri İnstitutunun gənc alim və mütəxəssislərinin təqdimatında şagirdlərə bir neçə nömrədən ibarət maraqlı elmi-əyləndirici təcrübələr nümayiş olunub. Məktəblilər tərəfindən maraqla qarşılanan təqdimatda şagirdlərin coxsaylı düşündürücü sualları gənc mütəxəssislər tərəfindən cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.