Fotos
“Arxeologiya – maddi və mənəvi irsimiz”
Apr 28 , 2015 | 05:14 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3501 )

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən orta məktəb şagirdlərində elmə marağın aşılanması məqsədilə “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində aprelin 24-də Bakı şəhəri 16 nömrəli texniki-humanitar litseyində “Arxeologiya – maddi və mənəvi irsimiz” adlı tədbir keçirmişdi.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində keçirilən bu tədbirin şagirdlərdə elmə marağın artılılmasına xidmət edir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar nəticəsində gənc alimlərə diqqət və qayğı xeyli artmış, Akademiyanın maddi-texniki bazanın genişlənməsi istiqamətində böyük işlər görülmüşdü. Bu il 70 illiyini qeyd edən  Azərbaycan Milli Elmlər Akademiyası böyük tarixi yol keçmişdir. AMEA Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin strateji istiqamətlərinin müəyyənləşməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, elmi kadrların yetişdirilməsində müstəsna rolu vardır. Burada çalışan görkəmli alimlərin hamısı sizin kimi orta məktəbdən başlayaraq elm yolluna addımlarını atmış və elmin mükəmməl sirrlərinə yiyələnərək böyük alim kimi yetişmişlər. Sizin içərinizdə də gələcəyin alimləri yetişəçəkdir.

Sonra çıxış edən, Muzeyin Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini t.ü.f.d. Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə “Arxeologiya – maddi və mənəvi irsimiz” mövzusunda slaid vasitəsilə arxeologiyanin bir elm kimi formalaşması, inkişafı tarixi, bu elm sahəsində olan mövcud kanseksiyalar haqqında məlumat vetməklə, tapılmış arxeoloji materialların aşkarlanması, öyrənilməsi və təbliği ilə bağlı geniş məruzə etdi. Bununla yanaşı Nasir müəllim Azərbaycan arxeologiya elminin görkəmli alimləri haqqında da geniş məlumat verdi. Şagirdlərdə böyük maraq oyadan tədbirdə mövzu ilə bağlı şagirdlərin suallarınını cavablandırmışdı.

Tədbirin sonunda məktəbin direktoru Ülviyyə Vəliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək bu cür tədbirlərin şagirdlərdə elmə marağın oyadılmasında böyük rol oynadığını və bu cür tədbirlərin davamlı olmasını bildirdi. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.