Fotos
“Kütlə spektroskopiyası“ mövzusunda tədbir keçirilib
Apr 30 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3197 )

Aprelin 29-da  saat  AMEA  akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutundaGənc Alim və Mütəxəssislər Şurası  və elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən  olan  OPTEK şirkəti ilə birgə "Kütlə spektroskopiyası" üzrə seminar keçirilmişdir. Seminarın keçirliməsində məqsəd "Kütlə spektroskopiyası" sahəsində avadanlıqlarla işləmək metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək,  bu sahədə  son nailiyyətləri seminar iştirakçıları ilə  bölüşməkdən ibarətdir.

Seminarda AMEA-nın KEB İnstitutlarının, Geologiya və Geofizika, Fizika, Radiasiya Problemləri İnstitutlarının, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan  Dövlət Neft Akademiyasının spektroskopiya sahəsində çalışan çənc mütəxəssisləri iştirak  etmişlər. Tədbirdə OPTEK şirkətinin partnyoru  olan CAMECA  kompaniyasının mütəxəssisləriYevgeniy Norman və  Filipp Salo məruzə ilə çıxış ediblər  və yerli mütəxəssislərin suallarını cavablandırıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.