Noy 22 , 2013 | 11:00 / Mühüm hadisələr
Bu gün AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
İclası giriş sözü ilə açan institutun direktoru, akademik Ağadadaş Əliyev gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini, onların elmi və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirildiyini bildirdi.
AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu söyləyən A.Əliyev şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacağını qeyd etdi.
İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.
Tərkibi 13 nəfərdən ibarət olmaqla kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov Şuranın sədri, Ülvi Nəcəf-Quliyev sədr müavini, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Məmmədova isə katib seçildilər.